"Neftçi"yə qələbə qazandıran futbolçu: "Yaxşı oyuna yox, qələbəyə xal verilir" MÜSAHİBƏ

18:22 - 27 Fevral 2017

AZAL - "Neftçi" matçından (0 - 1) qonaqların futbolçusu Daniel Seqovia jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az ispan hücumçunun müsahibəsini təqdim edir:

 

- Oyunu analiz edərkən baş məşqçimiz demişdi ki, asan olmayacaq. Çünki rəqib komanda sonuncu pillədə qərarlaşıb və itiriləcək heç nələri yoxdu. Amma biz xal itirsəydik çox çətin vəziyyətə düşəcəkdik. Çox yaxşı oldu ki, matçın əvvəlində qol vura bildik və 3 xal qazandıq. Qol vurduqdan sonra bir az geri çəkildik. Bundan sonra rəqib topa daha çox nəzarət etdi. Buna baxmayaraq biz evə 3 xalla qayıdırıq və bu çox sevindiricidi.

 

- "Neftçi" qələbə qazansa da bərbad oynadı. Bunun səbəbi nədi?

- Düzdü, "Neftçi" bu gün həmişəki oyununu göstərə bilmədi. Çünki, AZAL buna imkan vermədi. Amma çempionat bitəndə yaxşı oyun yox, qələbələr sayılır. Səfərdə qazandığımız 3 xala sevinməliyik.

 

- Meydanın ot örtüyü ilə bağlı fikrin necədi?

- Dani Kintananın burada zədələndiyini eşitmişdim. Bilirdim ki, meydan yaxşı vəziyyətdə deyil. Yenə deyirəm çox çətin matç oldu. Öz oyunumuzu oynaya bilmədik. Elə görüşlər olub ki, yaxşı oynayıb xal itirmişik. Amma bu gün yaxşı oynamayıb 3 xal qazandıq.

 

- Öz oyunundan razı qaldın?

- Mən "Neftçi"nin futbolçusuyam. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirirəm. Hər dəfə istəyirəm ki, komandama köməyim dəysin və qələbə qazanaq. Bu gün də köməyim dəyibsə, buna çox sevinirəm.

Xəbər xətti