"Kəpəz" Gəncədə son məşqə çıxdı

19:27 - 27 Fevral 2017

Azərbaycan Premyer Liqasında XX turun oyunları çərçivəsində “Kəpəz” sabah doğma divarlar arasında meydana çıxacaq.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” çempionatın lideri “Qəbələ”ni qəbul edəcək. Nizami yurdunun təmsilçisi bu rəqibə qarşı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirib. Bu gün Gəncəyə gedən komanda matçın keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb.

 

“Kəpəz”in heyətində oyunöncəsi yalnız bir itki var. Tural Nərimanov zədə səbəbindən qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcək.

Xəbər xətti