Şevçenko Bakıya gəlir

12:33 - 28 Mart 2017

"Neftçi" futbol klubu 80 illik yubileyi ilə bağlı silsilə tədbirlərini Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ”la görüşdə də həyata keçirəcək.

 

Sportal.az-ın məlumata görə, martın 30-da baş tutacaq matçı "Neftçi”nin formasını geyinmiş ümumilkdə 200-dək veteran futbolçu da izləyəcək. Onlar arasında hazırda ölkədə yaşayanlarla yanaşı, xaricindən dəvət olunmuş 10-a yaxın veteran futbolçu da olacaq.

 

Dəvətlilər sırasında 1966-cı ilin bürünc medalçısı Nikolay Boqdanov, Olimpiya çempionu İqor Ponomaryov, "ağ-qaralar"ın heyətində ən çox oyun keçirmiş futbolçulardan biri Nikolay Smolnikov, 1971-ci ildə SSRİ çempionatında 33 ən yaxşı futbolçu sırasına düşmüş Vitali Şevçenko kimi əfsanəvi simalar da var. Veteran futbolçular oyundan əvvəl Bakıdakı restoranlardan birində bir araya gələcəklər. Tədbir media üçün qapalı olacaq.

 

Qeyd edək ki, saat 19:30-da başlanacaq "Neftçi” – "Qarabağ” matçından öncə keçiriləcək tədbirin bədii hissəsində azarkeşlər "Bakcell Arena"da maraqlı görüntülərə şahidlik edəcəklər. 

Xəbər xətti