Şevçenko: "Neftçi” sabah mütləq qalib gəlməlidi"

16:40 - 29 Mart 2017

Azərbaycan mənim vətənimdir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Vitali Şevçenko deyib. Paytaxt təmsilçisinin 80 illik yubileyinə dəvət olunan veteran açıqlama verib. 1971-ci ildə SSRİ çempionatının 33 ən yaxşı futbolçusu sırasına düşən hücumçu Azərbaycana bağlılığından danışıb, sabah keçiriləcək “Qarabağ”la kubok oyunu haqda fikirlərini bildirib:

 

“Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdır: ilk dostlar, ilk futbol... Xoş hisslər keçirirəm. Hesab edirəm ki, "Neftçi” sabah mütləq qalib gəlməlidi. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcəklər”.

 

Qeyd edək ki, Vitali Şevçenko 1968/72-ci illərdə "Neftçi"də çıxış edib. 

Xəbər xətti