Elxan Abdullayev: "Millidəki işimin "Neftçi"dəki fəaliyyətimə heç bir mənfi təsiri yoxdur"

21:55 - 30 Mart 2017

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Qarabağ”a 0 – 2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Bütün “Neftçi” sevərləri yubiley münasibətilə təbrik edirəm. Bizim üçün çox önəmli gün idi. Veteranlarımız oyunumuzu izləyirdi. Təəssüf ki, onları sevindirə bilmədik. Komandasm bu gün zəif çıxış etdi. Bunun da səbəbləri var. Çalışacağıq ki, cavab oyununda bunun əvəzini çıxaq.

 

- Bugünkü oyuna yaxşı hazırlaşa bilməməyinizin səbəbi millinin düşərgənizdə olmağınızdır?
- Millidəki işimin “Neftçi”dəki fəaliyyətimə heç bir mənfi təsiri yoxdur. Qətərlə oyundan sonra “Qəbələ” və “İnter”i məğlub etmişdik. Məğlubiyyətin səbələri başqadı. 6-7 futbolçu zədədən sonra ilk dəfə meydana çıxıb. Georgi Navalovski millidən qayıdıb. Pavel Dreska tam sağalmayıb. Bəzi futbolçular meydana iynə vasitəsilə çıxmışdı. Ona görə də tam gücləri ilə oynaya bilmirdilər. 

 

- Açıqlamanızda demişdiz ki, “Qarabağ”la oyun imtahandı. Bu imtahandan keçdiniz?
- Oyun baxımından keçə bilmədik. Daha yaxşı oyun gözləyirdim.

 

- Oyundan sonra Şahruddin Məhəmmədəliyevlə dialoqunuz oldu. Ona nə deyirdiz?
- Təbrik etdim və başa saldım ki, çox vaxt uzatmaq lazım deyil. Bu gün bayramdı. Bayramı korlamaq lazım deyil.

 

- Rəhman Hacıyevin ehtiyatda qalmağının səbəbi nədi?
- Niyə start heyətdə meydana buraxım ki? Son oyunda qol vurub deyə ilk “11-lik”də olmalı deyil. Rəhman bu gün yaxşı təsir bağışladı. Növbəti oyunda start heyətdə meydana buraxa bilərəm.

 

- Qış fasiləsindən sonra əsas diqqətinzi kuboka vermişdiniz. İndi necə bəs?
- “Şərurspor”la oynayanda heç inanmırdım ki, mərhələsi keçəcəyik. Yarımfinala kimi irəliləyəcəyimzi gözləmirdim. Mübarizəni sonadək davam etdirəcəyik.

Xəbər xətti