“İnter” və “Qəbələ”də itkilər

13:26 - 31 Mart 2017

Azərbaycan kubokun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsi iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

 

Sportal.az xəbər verir ki, “İnter” – “Qəbələ” qarşılaşmasında (1:3) xəbərdarlıq alan oyunçulardan ikisi cavab matçını buraxmalı olacaq.

 

Bu futbolçular Tərlan Quliyev və Rafael Santosdur. Tərlan 1/4 finalda da ev matçında - "Kəpəz"ə 2:0 hesabı ilə ilk matçda cəzalandırılmışdı. Rafael isə ilk "sarı"sını "Zaqatala" ilə Qəbələdəki 1/8 final matçında əlavə vaxtda almışdı.

 

Qeyd edək ki, komandalar arasındakı cavab matçı aprelin 5-də keçiriləcək.

Xəbər xətti