"Üzərimizdə böyük təzyiq var idi, qalib gəlməli idik. Çünki son 4 oyunda məğlub olurduq".
Sportal.az xəbər verir ki, bu sözlər "Sumnqayıt"ın futbolçusu Amil Yunanova məxsusdur.
"Kimyaçılar" Azərbaycan Premyer Liqasının XXIV turunda öz meydanında "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
Matçdan sonra saytımıza açıqlama verən hücumçu "ağ-qaralar"la oyuna qələbə üçün çıxdıqlarını deyib: "Çox sevinirik ki, qalib gəlməyi bacardıq. Əlimizdən gələni etdik, mübarizə apardıq və qarşılığını gördük".
Forvard oyunda möhtəşəm qolla yadda qalıb. O, qollarının davamını gətirmək istədiyini vurğulayıb: "Çalışacam ki, davamını gətirim. Çempionata az qalsa da, gərgin mübarizə davam edir. İstəyirəm ki, qollar vurum və komandama kömək edim".
Yunanov komandasının avrokubok şanslarını da dəyərləndirib: "Əlbəttə, avrokubok şansımız var. Qarşıdakı oyunlarımızda qələbə qazana bilsək, istəyimizə çata biləcəyik. Ümid edirəm ki, bunu bacaracağıq".
saytlarin hazirlanmasi