"Neftçi"nin medal həsrəti davam edir - 4 il

15:25 - 3 Aprel 2017

“Neftçi” Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünü mükafatsız başa vuracaq.

 

Sportal.az xəbər verir ki, bu,  çempionatın başa çatmasına 4 tur qalmış rəsmiləşib. Belə ki, Elxan Abdullayevin komandası XXIV turda səfərdə “Sumqayıt”a məğlub olub. Bununla da hesabında 26 xal olan “ağ-qaralar”ın ilk “üçlük” arzusu rəsmən puç olub.  

 

Çünki 3-cü pillədə qəralaşan “İnter” “Neftçi”ni 16 xal qabaqlayır. XXIV tura qədər bu fərq 13 xala bərabər idi ki,  son 5 turda bunu aradan qaldırmaq nəzəri cəhətdən mümkün idi. Lakin “sabiq bankirlər”in hesabat turunda AZAL-ı məğlub etməsi və “Neftçi”nin Sumqayıtdan xalsız dönməsi Elxan Abdullayevin ümidlərinin üstündən xətt çəkib.

 

Qeyd edək ki, 80 illik yubileyini keçirən “Neftçi” sön dəfə dörd mövsüm əvvəl (2012/13) çempion olmaqla mükafat qazanıb. Paytaxt təmsilçisi ardıcıl 4 mövsümdü medal üzünə həsrətdi.

Xəbər xətti