Hollandiyalı baş məşqçi Qus Hiddink “Lester Siti”dən təklif aldığını, lakin bunu rədd etdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, “Sunday Times”a danışan 70 yaşlı mütəxəssis məsələ ilə bağlı belə danışıb:
“Kladuio Ranyerinin istefasından sonra “Lester Siti”dən təklif aldım. Ancaq onlara “Ranyerini göndərirsinizsə, əvəzinə köməkçisini gətirin, çünki o, komandanı daha yaxşı tanıyır” - dedim. İndi isə Kreyq Şekspirin performansına baxanda haqlı olduğumu görürəm. Bunun üçün də sevinirəm”.
Qeyd edək ki, Hiddinkin son komandası “Çelsi” olub.
Əlavə edək ki, “Lester Siti” Şekspirinin rəhbərliyi altında keçirdiyi bütün oyunlarda qalib gəlib.
saytlarin hazirlanmasi