“Çelsi”nin futbolçusu Eden Azar adının Madridin “Real” klubu ilə hallanmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın XXX turunda “Kristal Pelas”a məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlama verən belçikalı futbolçu London klubunu tərk etmək niyyətində olmadığını deyib.
26 yaşlı yarımmüdafiəçi “Real”a getmək istəyirsənmi?” sualına belə cavab verib: “Xeyr, “Çelsi”də yaxşı vəziyyətdəyəm. Özümü burada çox xoşbəxt hiss edirəm və müqaviləmin sonuna qədər komandada qalmaq istəyirəm”.
Qeyd edək ki, Azar 2012-ci ildən “Çelsi”də çıxış edir.
saytlarin hazirlanmasi