"Neftçi"də məğlubiyyətin günahkarı tapıldı

00:03 - 4 Aprel 2017

"Neftçi" "Sumqayıt" qarşısında məğlubiyyətin günahkarını tapıb.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçini istefaya göndərmək əvəzinə azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevi vəzifəsindən uzaqlaşdırıb. Buna "ağ-qaralar"ın azarkeşlərinin "Sumqayıt"la oyunda klub rəhbərliyini və baş məşqçisini istefaya səsləndirmələri səbəb olub.

 

Qeyd edək ki, "Neftçi" "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olaraq, Premyer Liqada bu mövsümü medalsız başa vurmağa razılaşıb. 

Xəbər xətti