"İnter"in futbolçusu "Neftçi"nin baş məşqçisini söydü

13:36 - 4 Aprel 2017

“İnter”in futbolçusu Tural Osmanov cəzalanıb.

 

Sportal.az xəbər verir ki, buna "İnter"in U-19 komandasının üzvünün "Neftçi"nin baş məşqçisi İqor Getmanı təhqir etməsi səbəb olub.

 
Bu hadisə  U-19 Liqasında keçirilən “İnter” – “Neftçi” matçında yaşanıb. O, çalışdırıcını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. AFFA-nın bu gün keçirilən İntizam Komitəsi Turala 4 oyunluq cəza verib.

Xəbər xətti