"Zirə"nin zədəlisinin durumuna aydınlıq gəldi

14:28 - 4 Aprel 2017

“Qəbələ” ilə səfər matçında zədələnərək oyunu yarımçıq tərk edən Milan Duriçin durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, ayağından xəsarət alan yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib. Serbiyalı futbolçunun zədəsi ciddi deyil və onun növbəti turda “İnter”lə ev matçında iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Zirə” – “İnter” matçı aprelin 10-da, Zirə Olimpiya İdman Kompleksində keçiriləcək. 

Xəbər xətti