"Lester Siti"nin çalışdırıcısı Kreyq Şekspir komandanın hücumçusu Ceymi Vardi haqda maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis forvardın 2013-cü ildə karyerasını bitirmək istədiyini qeyd edib:
"Ceymi Vardi 2013-cü ildə karyerasını başa vurub, İbizada parti təşkilatçısı olmaq istəyirdi. Həmin vaxt onunla futbol keyfiyyətləri barədə danışdım. İsdedadlı olduğunu, buna görə də uğur qazana biləcəyini bildirdim. Yaxşı ki, İbizaya getmədi".
Əlavə edək ki, Vardi Şekspirin "Lester Siti"nin baş məşqçi postuna gəlişindən sonra 6 oyuna 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
30 yaşlı hücumçu 2012-ci ildən "tülkülər"də çıxış edir.
saytlarin hazirlanmasi