İtaliya kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yarımfinalın cavab oyununda "Roma" doğma meydanda əzəli rəqibi "Latsio"nu qəbul edib. Derbi "canavarlar"ın 3 - 2 hesablı qələbəsi ilə başa çatıb.
"Latsio" ilk görüşdə 2 - 0 hesabı ilə qalib gəldiyi üçün finala yüksəlib. Onların həlledici matçda rəqibi "Yuventus" - "Napoli" cütünün qalibi olacaq.
"Roma" - "Latsio" 3:2 (ilk oyun 0:2)
QOLLAR: Stefan Əl Şaravi, 44, Muhamed Salah, 66, 90 - Sergey Milinkoviç-Saviç, 37, Ciro İmmobile, 56
saytlarin hazirlanmasi