Şekspir Premyer liqanın tarixinə düşdü

11:26 - 5 Aprel 2017

"Lester" İngiltərə çempionatının 31-ci turunda "Sanderlend" üzərində 2 - 0 hesabı ilə qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, "tülkülər" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanıb. Onların hamısı baş məşqçi Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra qazanılıb. Komandanın məşqçisi Kreyq Şekspir Premyer Liqa tarixində turnirdə karyerasına ardıcıl 5 qələbə ilə başlayan üçüncü məşqçi olub.

 

Qeyd edək ki, 2009-cu ildə bu nailiyyəti Karlo Ançelotti ("Çelsi"), 2016-cı ildə isə Xosep Qvardiola ("Mançester Siti") qazanıb.

Xəbər xətti