İngiltərə Premyer Liqasının 31-ci turunda "Mançester Siti" səfərdə lider "Çelsi"yə uduzub - 1:2.
Sportal.az xəbər verir ki, oyundan sonra "şəhərlilər"in çalışdırıcısı Pep Qvardiola çempionluq şanslarını itirdiklərini söyləyib:
"Hər şey başa çatdı, Premyer Liqada çempionluq uğrunda yarışdan uzaq düşdük. Premyer Liqada çempionluq uğrunda mübarizə "Çelsi" və "Tottenhem" arasında olacaq. Biz isə Çempionlar Liqasına vəsiqə qazanmaq üçün çalışacağıq".
Qeyd edək ki, "Mançester Siti" Premyer Liqada 58 xalla 4-cüdür. 1 oyun çox keçirən "Liverpul" isə 60 xalla 3-cüdür. "Çelsi" 72 xalla 1-ci, "Tottenhem" 65 xalla 2-cidir.
saytlarin hazirlanmasi