İngiltərə Futbol Federasiyası "Liverpul"a sərt cəza verib.
Sportal.az xəbər verir ki, qurum Mersisayd təmsilçisinə transfer qadağası qoyub. Federaiyasının rəsmi saytında yer alan xəbərə görə, "qırmızılar" qarşıdakı 2 il ərzində İngiltərə Premyer Liqasında çıxış edən klubların akademiyasından olan heç bir futbolçunu transfer edə bilməyəcəklər. Buna klubun azyaşlı oyunçuların transferində etdiyi qayda pozuntuları səbəb olub.
Qeyd edək ki, "Liverpul"un "Stok Siti"dən transfer etdiyi 12 yaşlı futbolçunun sənədlərində ciddi qayda pozuntuları olduğu iddia edilir.
saytlarin hazirlanmasi