Bombardir ayrılıq iddialarına aydınlıq gətirdi

12:28 - 7 Aprel 2017

İtaliya A Seriyasında bombardirlə siyahısına başçılıq edən “Roma”nın hücumçusu Edin Ceko açıqlama verib.

 

Sportal.az xəbər verir ki, bosniyalı hücumçu karyerası haqda danışıb.

 

Karyerasının ən yaxşı mövsümünü keçirən və 23 qolla çempionatın ən sərrarst futbolçusu olan Ceko hər zaman özünə inandığını bildirib:

 

“Özümə hər zaman güvənmişəm. Bir neçə dəfə bəxtsizlik yaşamışam. “Roma”da ilk mövsümüm yaxşı keçməmişdi. Uyğunlaşmaq üçün zamana ehtiyacım var idi. Ayrılmaq mənə asan olardı, amma özümü sübut etmək istəyirdim”.

 

Bosniyalı futbolçu zamanla A Seriyasına öyrəşdiyini bildirib:

 

“Mənə çox tənqidlər edilirdi. Məni daha güclü hala gətirdi. Hər çempionat fərqlidi. Alışmadığım müdafiə xətti ilə tanış olmuşdum. Zamanla uyğunlaşdım. İngiltərə və Almaniya liqaları çox fərqlidi”.

 

Bu mövsüm göstərdiyi performansla Avropa nəhənglərinin transfer hədəfinə düşən 31 yaşlı hücumçu gələcək karyerasından da danışıb:

 

“Gələcəyin nələr göstərəcəyini bilmirəm. Nə olacağını görmək üçün səbirsizliklə gözləyirəm. İtaliyadakı karyeramı niyə bitirim? Bunu düşünmək tezdi. “Roma”da oynamaqdan zövq alıram”.

 

Ötən il “Mançester Siti”dən icarəyə götürülən və cari mövsüm 11 milyon avro qarşılığında paytaxt klubuna keçən Edin Ceko bu mövsüm “Roma”nın heyətində ümumilikdə 33 qol vurub və 9 məhsuldar ötürmə edib.

Xəbər xətti