Son İngiltərə çempionu “Lester Siti”nin futbolçusu Əhməd Musa polis bölməsində dindirilib.
Sportal.az xəbər verir ki, buna 24 yaşlı futbolçunun ailəsində tez-tez problem yaratması səbəb olub. İngiltərə mətbuatına yer alan xəbərə görə, həyat yoldaşını döydüyü üçün saxlanılan futbolçu ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
İngiltərə polisinin Musaya cəza verib-verməyəcəyi isə tezliklə məlum olacaq.
Qeyd edək ki, nigeriyalı futbolçu “Lester Siti” tarixinin ən bahalı transferidir.
saytlarin hazirlanmasi