"Sumqayıt" AZAL üçün hazırlaşır - Zədəlilər sağaldı

16:23 - 7 Aprel 2017

Son turda "Neftçi" üzərində qələbə qazanmış "Sumqayıt" növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da növbəti məşqini keçib.

 

Xeyli müddətdi zədəli olan Ayaz Mehdiyev artıq tam sağalaraq kollektivə qoşulub. Zədə səbəbindən "Neftçi" ilə matçda da iştirak edə bilməyən Xəyal Nəcəfov da artıq tam hazırdı. Mikayıl Rəhimov isə fərdi şəkildə hazırlaşıb. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. "Sumqayıt"ın növbəti məşqi sabah saat 15:30-da "Kapital Bank Arena"da olacaq.

 

Xatırladaq ki, AZAL - "Sumqayıt" oyunu aprelin 10-u “AZAL Arena”da baş tutacaq və qarşılaşma saat 17:30-da start götürəcək. Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Xəbər xətti