Azərbaycan Premyer Liqasının 25-ci turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyuna hazırlığın əsas hissəsini tamamlayıb.
Sportal.az xəbər verir ki, bu gün ADBTİA-nın stadionunda keçirilən məşqlə “sarı-göylər” Bakıdakı çalışmaları yekunlaşdırıb.
Komanda sabah Nizami yurduna gələcək və matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək arenada keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.
saytlarin hazirlanmasi