Koutinyo tarixi rekorda imza atdı

11:33 - 9 Aprel 2017

İngiltərə Premyer Liqasının 32-ci turunun “Stok Siti”yə qarşı səfər oyunu “Liverpul”un futbolçusu Felipe Koutinyo üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandasının 2:1 hesablı qələbəsinə 1 qolla töhfə verib. Bu qol onun Premyer Liqada vurduğu 30-cu top olub. 24 yaşlı futbolçu bu göstəriciylə rekorda imza atıb. Belə ki, Koutinyo Premyer Liqa tarixində ən çox qol vuran braziliyalı futbolçu kimi tarixə düşüb.

 

Əvvəlki rekord vaxtilə “Midlsbro”nun heyətində 29 qola imza atmış Juninyo Paulistaya məxsus idi.

Xəbər xətti