Azərbaycan Premyer Liqasının 26-cı turu üçün azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qəbələ” oyununu (2:0) 12500 tamaşaçı tribunalardan izləyib.
Ən az azarkeş isə 8-ci km stadionunda keçirilmiş “Neftçi” - AZAL oyununda qeydə alınıb. 1000 azarkeş “ağ-qaralar”ın “təyyarəçilər”i darmadağınının (4:0) canlı şahidi olub.
“Qarabağ”ın “İnter”i məğlub edərək (3:0) çempionluğunu rəsmiləşdirdiyi oyunu 1234 tamaşaçı izləyib. Qarşılaşma “İnter Arena”da keçirilib.
Sumqayıt şəhər stadionunda keçirilən “Sumqayıt” - “Zirə” oyununda (1:1) isə 1600 tamaşaçı qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 16334 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 4083 tamaşaçı deməkdi.
saytlarin hazirlanmasi