Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə AZAL ilə qarşılaşacaq "Kəpəz” bu oyunun hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki , ötən tur "Qəbələ” üzərində 2:0 hesablı qələbədən sonra iki gün istirahət edən komanda matça Bakıda hazırlaşır. "Sarı-göylər”in bu günkü məşqi ADBTİA-nın stadionunda keçirilib. Gəncə klubunun sabaha təyin olunan məşqi saat 10:30-da "İnter Arena”da olacaq. AZAL ilə oyun süni meydançada keçiriləcəyindən "Kəpəz” məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.
Komandanın bu gün keçirilən məşqində yüngül zədəsi olan Renan Alveş və Dario Frederiko iştirak etməyib.
saytlarin hazirlanmasi