"Kəpəz" azarkeşləri ilə sağollaşdı

13:28 - 30 Aprel 2017

Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün son turu çərçivəsində keçirilən “Kəpəz” – “İnter” oyunundan sonra Gəncə klubunun üzvləri azarkeşlərlə sağollaşıb.

 

Sportal.az xəbər verir ki, futbolçular heyəti, məşqçilər korpusu və klub rəhbərliyi meydançanın mərkəzində toplaşıb. 

 

Komandanın baş məşqçi Şahin Diniyev, kapitan Tural Axundov, qapıçı Davud Kərimi, yarımmüdafiəçi Serjio Karneyro, klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimov mövsüm boyu hərtərəfli dəstəyə görə azarkeşlərə və şəhər rəhbərliyinə minnətdarlıq edib. Azarkeşlər gur alqışlarla və “Kəpəz, “Kəpəz” sədaları ilə komandanı tunelə yola salıblar. 

 

Qeyd edək ki, hissələrarası fasilədə tamaşaçılar üçün stadionda qısa konsert də təşkil olunub. 

Xəbər xətti