Mövsüm başa çatan kimi heyətində islahatlara başlayan "Kəpəz"də yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, "sarı-göylər" Ceyhun Cavadovla müqaviləni uzadıb. Əldə etdiyimiz məlumata görə, 25 yaşlı yarımmüdafiəçi daha bir mövsüm Gəncə klubunda çıxış edəcək.
Qeyd edək ki, Cavadov bu mövsüm "Kəpəz"in heyətində ümumilikdə 25 oyun keçirib və 1 qol vurub.
Əlavə edək ki, Dario Federiko, Tadas Simaitis, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Axundov və Tural Nərimanov "Kəpəz"dən ayrılıblar.
saytlarin hazirlanmasi