"Kəpəz" transfer fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, Gəncə klubu 6 futbolçu ilə yolları ayırıb və 9 oyunçu ilə müqaviləni uzadıb. Komandanın baş məşqçisi Şahin Diniyev heyətə hücumçu transferinin baş tutmasını istəyir. "sarı-göylər" Premyer Liqada 28 oyuna 24 qol vurub ki, bu göstərici mütəxəssisi razı salmayıb. Julien Ebahın qeyri-stabil çıxış etməsi səbəbindən Diniyev sərəncamında legioner hücumçu görmək istəyir.
"Kəpəz" heyətindəki legioner futbolçular - Serjinyo, Julien Ebah və Renan Alves haqda son qərarı verməyib.
Qeyd edək ki, "Kəpəz" heyətinə yeni futbolçu qatmayıb.
saytlarin hazirlanmasi