Şəhriyar Əliyev: "Növbəti çempionatı həvəslə gözləyirik"

12:07 - 18 İyun 2017

“Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev futbolsuz darıxıb.

 

Sportal.az xəbər verir ki, klubun saytına açıqlama verən futbolçu formadan düşməmək üçün fərdi məşqlərə başladığını, yeni mövsümün startını səbrsizliklə gözlədiyini bildirib:

 

“Mövsümlərarası fasilə çoxdu deyə futbolsuz lap ürəyimiz partlayır (gülür). Düzdü, istirahət etmək üçün vaxtımız çoxdu, arada uşaqlarla yığışıb futbol oynayırıq. Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım.

 

İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər. Kökəlməyə meylli adamam. Lakin indi arıqlamışam. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin, indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budu. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.

Xəbər xətti