İyul ayının 1-dən Gəncədə yeni mövsüm üçün məşqlərə start verən “Kəpəz”in əvəzedici heyəti hazırlığın ilk mərhələsini artıq başa vurub.
Sportal.az xəbər verir ki, komandanın toplanışının növbəti hissəsi Bakıda olacaq. “Sarı-göylər” ayın 13-dən 20-nə kimi paytaxtda məşq edəcək. “Kəpəz” “Dalğa Arena”da gündə iki dəfə hazırlıq keçəcək.
Bakıda olduğu müddətdə əvəzedicilər üç yoxlama oyununa çıxacaq.
saytlarin hazirlanmasi