Premyer Liqada yeni mövsümə hazırlığın ikinci mərhələsi üçün "Kəpəz" Türkiyəyə yollanıb.
Sportal.az xəbər verir ki, Gəncə klubu 10 gün ərzində Ərzurumda hazırlıq keçəcək. Komanda gündə iki dəfə - səhər və axşam olmaqla məşqlərə çıxacaq. Günün ilk məşqi Bakı vaxtı ilə saat 12:00-a, ikinci hazırlıq prosesi isə saat 18:00-a nəzərdə tutulub.
Türkiyədə olduğu müddətdə komandamız üç yoxlama oyunu keçirəcək.
saytlarin hazirlanmasi