"Kəpəz" Gəncəyə qayıtdı

17:45 - 22 İyul 2017

“Kəpəz”in əvəzedici heyəti yeni mövsüm öncəsi hazırlığın Bakı hissəsini başa vurub.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” dünən paytaxtı tərk edərək Gəncə dönüb. “Dalğa Arena”da təlim-məşq toplanışı keçmiş komandanın üzvlərinə 3 günlük istirahət verilib. Əvəzedicilər hazırlığın növbəti hissəsini Nizami yurdunda keçirəcək.

 

Xatıladaq ki, iyul ayının 13-dən 22-nə kimi Bakıda olduğu müddətdə komanda 3 yoxlama oyununa çıxıb. Gəncəlilər “Qarabağ” (0:0), “Qəbələ” (0:3) və “Zirə” (1:2) klublarının əvəzedici heyətləri ilə qarşılaşıblar. 

Xəbər xətti