"Kəpəz" Türkiyə klubuna qarşı

18:49 - 22 İyul 2017

“Kəpəz” Ərzurumda təlim-məşq toplanışını davam etdirir. Komanda gündə iki dəfə məşq edir.

 

Sportal.az xəbər verir ki, səhər məşqləri əsasən fiziki hazırlıq üzərində qurulub. Axşam hazırlığında isə futbolçular taktiki və texniki çalışmalar üzərində işləyirlər.

 

“Sarı-göylər” bu gün Ərzurumda ikinci yoxlama oyununu keçirəcək. Komandamızın rəqibi Türkiyənin 1-ci Liqa təmsilçisi olan “Ankaragücü” klubudur. Yerli hakimlər briqadasının idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti