"Kəpəz" Türkiyədə son oyununu keçirdi

00:15 - 25 İyul 2017

Ərzurumda hazırlıq keçən “Kəpəz” son yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Gəncə klubu Türkiyənin 1-ci Liqa təmsilçisi olan “Elazığspor” ilə üz-üzə gəlib. Hər iki komandanın səyinə baxmayaraq görüş qolsuz heç-heçə ilə nəticələnib – 0:0.


“Kəpəz”in son oyunda start “11-liy”i belə olub: Davud Kərimi, Dedimar Ferreyra, Azad Kərimov, Şəhriyar Əliyev, Şəhriyar Rəhimov, Serqey Çernışev, Samba Diallo, Azər Məmmədov, Kərim Diniyev, Kamran Abdullazadə, Viktor Laki.

 

Ehtiyat heyət: Ruzi Qiyaslı, Tural Rzayev, Ceyhun Cavadov, İlkin Sadıqov, Aydın Qasımov, Yusif Cəfərov, Əli Səmədov.

 

Zədəli olduqlarından Novruz Məmmədov, İlyas Səfərzadə və Fərid Məmmədov heyətə düşməyib.

 

Xatırladaq ki, “sarı-göylər” Türkiyə toplanışı çərçivəsində əvvəlki iki oyunda “Samsunspor” (1:2) və “Ankaragücü” (0:2) klubları ilə qarşılaşıb. 

Xəbər xətti