Bu gün “Kəpəz” Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdır. Komanda Ərzurumda olduğu 10 gün ərzində gündə iki dəfə məşq edib. Futbolçular fiziki, texniki və taktiki çalışmalar üzərində işləyib.
Sportal.az xəbər verir ki, Ərzurum hazırlığı dövründə “sarı-göylər” 3 yoxlama oyunu keçiriblər. Gəncə klubuTürkiyənin 1-ci Liqa təmsilçiləri ilə qarşılaşıb. “Kəpəz” ilk oyunda “Samsunspor” (1:2), daha sonra “Ankaragücü” (0:2), son yoxlama matçında isə “Elazığspor” (0:0) ilə görüşüb.
“Kəpəz” artıq 3 ildir ki, mövsüm öncəsi yay təlim-məşq toplanışını Ərzurumda keçirir. Komanda bu dəfə də Türkiyəni xoş təəssüratlarla tərk edir.