Təlim-məşq toplanışının ikinci hissəsini Türkiyənin Ərzurumda şəhərində keçirmiş "Kəpəz"in əsas komandasının üzvləri istirahətə buraxılıb.
Sportal.az xəbər verir ki, futbolçulara 3 günlük istirahət verilib. "Sarı-göylər" hazırlığa iyulun 29-da başlayacaq. Heyət Bakıda bir araya gələcək.
İlk məşq prosesi saat 18:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna təyin olunub.
saytlarin hazirlanmasi