“Kəpəz”in Ərzurumda keçirdiyi hazırlıq prosesində zədələnən və son yoxlama oyununda meydana çıxa bilməyən futbolçuları sıraya dönür.
Sportal.az xəbər verir ki, "Elazığspor"a qarşı forma geyinməyən Novruz Məmmədov, İlyas Səfərzadə və Fərid Məmmədovun əzələ yükləməsi ilə bağlı yaranan ağrıları keçmək üzrədir. Klubun tibbi personalından verilən məlumata görə, oyunçuların zədələri ciddi deyil və onlar iyulun 29-da Bakıda məşqləri bərpa edəcək komandaya qoşula biləcəklər.
Daha bir sevindirici xəbər Tural Cəlilov ilə bağlıdır. Paytaxtdakı məşqlərin birində zədələndiyindən Türkiyəyə aparılmayan müdafiəçinin müalicəsi uğurla başa çatıb. Fərdi olaraq məşqlərə başlayan Cəlilov da ayın 29-dan ümumi halda hazırlığa başlayacaq.
saytlarin hazirlanmasi