Şəhriyar Əliyev: "Bunun bəhrəsini çempionatda mütləq görəcəyik"

12:55 - 28 İyul 2017

“Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev klubun saytına Ərzurum toplanışını dəyərləndirib.  

 

Sportal.az xəbər verir ki, müdafiəçi ölkə xaricində keçirilən hazırlıq prosesinin komandaya xeyrli olacağını deyib:

 

“Türkiyəyə yollanmamışdan öncə Bakıda yüngül formada hazırlıq keçmişdik. Ərzurumda isə artıq bilirdik ki, bizi ağır məşqlər gözləyir. Çünki xaricdəki toplanış hazırlığımızın əsas hissəsi olmalı idi. Məşqlər ağır olsa da, canla-başla verilən tapşırıqları, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Hazırlıq yaxşı keçdi. Ayaqlarımızda ağırlıq vardı, bu da ki, normal haldı. Fiziki yükləmədən sonra vəziyyət belə olmalıdı. Bu səbəbdən yoxlama oyunları da bizim üçün ağır keçdi, çətinliyimiz oldu. Maşallah, uşaqlar da pis oynamadılar, özlərini göstərməyə çalışdılar. İstər yenilər olsun, istərsə də köhnə futbolçular, hamı ürəklə çalışdı. Bunun bəhrəsini çempionatda mütləq görəcəyik”.

Xəbər xətti