"Kəpəz" iki yoxlama oyunu keçirəcək

13:36 - 31 İyul 2017

Türkiyədən döndükdən sonra “Kəpəz” Bakıda yeni mövsümün hazırlıqlarını davam etidirir.
 
Sportal.az xəbər verir ki, "sarı-göylər" məşq prosesini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçirir.
 
“Kəpəz” hazırlıq çərçivəsində avqustun 3-də Azərbaycanın U-19 yığması ilə qarşılaşacaq. Bu oyun "Dalğa Arena"da saat 18:00-da start götürəcək.  Avqustun 7-də isə Gəncə təmsilçisi I Divizion klubu "Şüvəlan"la qarşılaşacaq.

Xəbər xətti