"Kəpəz" ev oyunlarını harada keçirəcək? - Bakı, Tovuz və Qazax variantları

12:56 - 2 Avqust 2017

Bu gün Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatması olacaq.

 

Sportal.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 12:00-da start götürüb.

 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mərasimdə "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionundan danışıb. Qrumun rəhbəri bildirib ki, "Kəpəz" ev oyunlarını Qazax, Tovuz və ya Bakıda keçirə bilər: “Kəpəz”in stadionu ilə bağlı bir çox şikayət daxil olmuşdu. Amma AFFA-nın, klub rəhbərliyinin köməkliyi ilə bu məsələyə baxılıdı və stadionda təmir işləri başladıldı. Biliyimə görə, “Kəpəz” ilk ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Klublardan xahişimiz odur ki, “Kəpəz”in seçdiyi stadionda oynamağa razılıq versinlər. Ola bilər ki, “Kəpəz” ev oyunlarını Qazaxda, Tovuzda və ya Bakıda keçirsin”.

 

Ramin Musayev Azərbaycan Premyer Liqasında icarəyə verilən futbolçunun müqavilə ilə məxsus olduğu kluba qarşı oynaya biləcəyini də sözlərinə əlavə edib: “Klublardan növbəti xahişimiz isə icarəyə verilən futbolçularla bağlıldır. İstəyirik ki, icarəyə verilən futbolçular öz komandasına qarşı oynaya bilsinlər. Əgər bu futbolçu sənin komandada əsas heyətə düşə bilmirsə, niyə özünə qarşı oynamasın ki? Klubların nəzərinə çatdırırıq ki, belə məktubları qəbul etməyəcəyik”.

Xəbər xətti