"Kəpəz" Premyer Liqada ilk dövrənin bütün oyunlarını səfərdə keçirəcək

18:29 - 3 Avqust 2017

“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrənin bütün oyunlarını səfərdə keçirəcək. 

 

Sportal.az xəbər verir ki, bu barədə “Report”a komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

 

51 yaşlı mütəxəssis Gəncə şəhər stadionunda yeni ot örtüyünün salınması ilə əlaqədar ilk dövrədə ev matçlarını Bakı və ya Tovuzda keçirməyə gərək qalmadığını söyləyib: "Artıq rəqib klublarla oyunların yerlərinin dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub. Rəqibləri başqa şəhərdə qəbul etməyimizə ehtiyac qalmayıb. Oyunların yerləri dəyişdirləcək və ilk dövrədəki 7 matçımız səfərdə olacaq. Açığı, bu, daha çox bizim əleyhimizə olan amildir. Yəni rəqiblərdən oyunların yerlərinin dəyişdirilməsinə etiraz edən yoxdur”.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda mayın 11-dən başlayan təmir-bərpa işləri AFFA-nın vəsaiti hesabına həyata keçirilir. Stadionun II dövrəyədək hazır olacağı proqnozlaşdırılır.

Xəbər xətti