“Kəpəz”in əvəzedici komandası yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, əvəzedicilər Yevlaxın “Karvan” klubu ilə qarşılaşıb. Yevlaxda reallaşan oyun “sarı-göylər”in 4:1 hesablı qələbəsi ilə nəticələnib.
“Kəpəz”in heyətində Talıb Rzayev dubl edib. Eltac Mirzəyev ilə Ruslan Süleymanov isə hərəyə bir dəfə fərqlənib.
saytlarin hazirlanmasi