Premyer Liqada ilk tura hazırlaşan “Kəpəz” və I Divizion klubu "Şüvəlan" yoxlama oyunu keçiriblər.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi bu oyunda rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Gəncə klubundan qolları Serqey Çernışev, Viktor Laki və Şəhriyar Rəhimov vurub. “Sarı-göylər” bu qollardan ikisini 11 metrlik cərimə zərbəsindən vurub.
“Kəpəz” Premyer Liqanın açılış turunda "Sumqayıt"la qarşılaşacaq.
saytlarin hazirlanmasi