"Kəpəz"in zədələsinin durumuna aydınlıq gəldi

16:16 - 16 Avqust 2017

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Sumqayıt”la görüşdə xəsarət alan “Kəpəz”in üzvü Novruz Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, rəqib futbolçu ilə mübarizədə zədələnən və oyunu sona kimi davam etdirə bilməyərək, 74-cü dəqiqədə əvəzlənən müdafiəçi indi özünü yaxşı hiss edir.
 
Məmmədovun qabırğaüstü əzələsi əzilib. Klubun tibbi personalından verilən məlumata görə, bu zədə tez bərpa olunandı.
 
Novruz əvvəlcə fərdi məşqlərlə başlayıb, sonradan kollektiv hazırlığa qoşula biləcək.

Xəbər xətti