Azərbaycan Premyer Liqasının II turunun oyunlarından biri Yevlaxda baş tutub. Vaxtilə güclülər dəstəsində “Avtomobilçi” və “Karvan”la təmsil olunan şəhər bu dəfə “Kəpəz”in ev oyununu qəbul edib. Qərblilər öz meydanında “Zirə” ilə görüşüb.
Sportal.az xəbər verir ki, Yevlaxdakı sonuncu Premyer Liqa oyunu da məhz “Kəpəz”in ev matçı olub. 2011/12 mövsümündə Gəncə təmsilçisi “İnter”i bu arenada qəbul edib. 2012-ci il fevralın 16-da keçirilən görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Yeganə topu Nizami Hacıyev vurub. 2012-ci ildəki qarşılaşmadan 2012 gün sonra “Kəpəz” yenə paytaxt təmsilçisinə, bu dəfə “Zirə”yə uduzub – 0:3.
Qeyd edək ki, “Kəpəz” – “Zirə” oyunu Yevlaxda keçirilən ümumilikdə 116-cı Prenyer Liqa matçı olub.
saytlarin hazirlanmasi