“Kəpəz”in əsas komandasının üzvü Dedimar Ferreyranın zədəsi sağalıb.
Sportal.az kluba istinadən xəbər verir ki, ötən tur “Zirə” ilə oyunu buraxan braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə qoşulub. Bakı təmsilçisi ilə matçda soyuqladığından meydana çıxa bilməyən Serqey Çernışevin də səhhətindəki problem aradan qalxıb. Yarımmüdafiəçi məşqlərdə iştirak edir.
“Zirə”yə qarşı görüşdə zədələnərək əvəzlənən Viktor Lakinin durumu isə qismən yaxşılaşıb. Klubun tibbi personalından verilən məlumata görə, ayaq pəncəsi əzilən hücumçu indi bərpa prosesi keçir. Fərdi halda hazırlaşan futbolçunun qarşıdakı matçda oynayıb-oynamayacağına oyun günü aydınlıq gələcək.
saytlarin hazirlanmasi