“Kəpəz”in əsas komandasının üzvü Dedimar Ferreyranın zədəsi sağalıb.
Sportal.az xəbər verir ki, ötən tur “Zirə” ilə oyunu buraxan braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə qoşulub. Bakı klubu ilə matçda soyuqladığından meydana çıxa bilməyən Serqey Çernışevin də səhhətindəki problem aradan qalxıb. Yarımmüdafiəçi məşqlərdə iştirak edir.
“Zirə”yə qarşı görüşdə zədələnərək əvəzlənən Viktor Lakinin durumu isə qismən yaxşılaşıb. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, ayaq pəncəsi əzilən hücumçu indi bərpa prosesi keçir. Fərdi halda hazırlaşan futbolçunun qarşıdakı matçda oynayıb-oynamayacağına matç günü aydınlıq gələcək.