Gəncə şəhər stadionunun son durumu FOTOLAR

14:43 - 29 Avqust 2017

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir.

 

Sportal.az "Kəpəz"in saytına istinadən xəbər verir ki, ot örtüyünün əvvəlcədən də deyilən vaxtda – oktyabr ayında hazır vəziyyətə gətirilməsi üçün işlər sürətlənib. SİS şirkətindən verilən məlumata görə, işlər qaydasında davam edir və heç bir çətinlik yoxdur. Qazonun inkişaf planına uyğun olaraq qum, gübrə və dərmanlar verilir, həşaratlara və xəstəliklərə qarşı profilaktik tədbirlər görülür. Şirkətin əməkdaşı Orxan Yunusov ot örtüyünə texniki işçilər tərəfindən gündəlik baxış və qulluq edildiyini, vəziyyətin mütəxəssislərin diqqətində saxlanıldığını söyləyib.

 

Orxan Yunusov yay mövsümü ilə əlaqədar havaların isti keçməsinin müəyyən çətinliklər ortaya çıxardığını bildirsə də, bunun gözlənilən olduğunu və bütün işləri buna uyğun qurduqlarını bildirib: “Düzdür, havalar isti keçir amma biz öncədən buna qarşı tədbirimizi almışıq. Meydança vaxtında suvarılır, otun inkişafı üçün əsaslı işlər görülür, biçin aparılır. İkinci səpinə hazırlaşırıq. Bunun üçün havanın bir az sərinləməsini, temperaturun aşağı düşməsini gözləyirik. Çünki belədə toxumda cücərmə daha yaxşı gedəcək. Ona görə də müəyyən qədər gözləməliyik. Planda 1-2 həftə müddətində ikinci səpinin başlaması nəzərdə tutulub”.   

 

Xatırladaq ki, Gəncə şəhər stadionun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.

 

Xəbər xətti