"Kəpəz" "İnter"i Yevlaxda qəbul etməyəcək

17:58 - 5 Sentyabr 2017

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az xəbər verir ki, ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib. 

 

Bütün bunları nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:

 

Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz” – “İnter” matçı 9 sentyabr tarixdə “İnter Arena”da keçirilsin. 

 

IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin. 

Xəbər xətti