Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ” la qarşılaşacaq “Kəpəz” dünəndən səfər oyununun hazırlıqlarına başlayıb.
Sportal.az xəbər verir ki, Bakıda məşq edən “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. Məşq prosesləri hər gün saat 11:00-a təyin olunub.
“Kəpəz” matç öncəsi son məşqinə isə oyunun keçiriləcəyi arenada çıxacaq.
saytlarin hazirlanmasi